Hindistanın qərbində qəzaya uğrayan Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin bir sərnişini sağ qalıb.
Turkustan.az xəbər verir ki, bunu ANI agentliyi polisə istinadən xəbər verib.
"Polis 11A ünvanında bir sağ qalanı tapıb. O, xəstəxanaya aparılıb".
Polis təyyarə qəzasında ölənlərin sayını dəqiqləşdirməyib. "Hələlik ölənlərin sayı ilə bağlı heç nə demək mümkün deyil. Bu, arta bilər, çünki təyyarə yaşayış massivində qəzaya uğrayıb", - polis əlavə edib.
Hindistanın qərbindəki Əhmədabad hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsi tibb kollecinin yataqxanasına çırpılıb. O, Əhmədabaddan Londona uçurdu. Hadisə yerindən 204 cəsəd tapılıb.
Təyyarə qəzası nəticəsində yerdə 5 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Aytən Yaşar/ Turkustan.az