Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, bu gün “Dünya” TV-də layihədə nəzərdə tutulmuş “Biz Sizinləyik” adlı televiziya verilişi efirə gedib. “Dünya” TV-nin istedadlı aparıcılarından olan Xuraman Aydınqızı qonaqları təqdim edərək, bu verilişin BƏC İB-in Agentliyin dəstəyi ilə ötən il həyat keçirdiyi layihə zamanı “Dünya” TV-də təqdim etdiyi “Biz Sizinləyik” adlı verilişin bir növ davamı olduğunu vurğulayıb.
Layihə rəhbəri və BƏC İB-in sədri Tahir Xudiyev "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial həyatda fəal iştirakını təmin etmək və onlara sosial dəstək olmaq məqsədilə həyata keçirildiyindən söz açdı. Bu məqsədlə növbəti tədbirlərin Penitensiar Xidmətinin 9 saylı CCM-də və Biləsuvar rayonunda keçiriləcəyini nəzərə çatdırdı.
BƏC İB-in İdarə Heyəti üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra elan olunan “15 iyun-Qurtuluş Günü” ərəfəsində efirə gedən veriliş vasitəsi ilə bütün xalqımızı bu münasibətlə təbrik etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasından, bu suverenliyin xalqımıza verdiyi töhfələrdən danışdı.
Şuşa Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili, bu layihədə könüllü kimi iştirak edən Elxan Ələkbərov Vətən müharibəsində qazanılan Zəfərin bir yumruq altında birləşən dövlətimizin, xalqımızın və müzəffər Ordumuzun Vətən sevgisindən doğan böyük qələbəsi olduğunu dilə gətirdi, müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş bu layihənin təqdirəlayiq olduğunu vurğuladı.
İdarə Heyəti üzvü, AMEA-nın Baş mütəxəssisi, Prezident mükafatçısı, jurnalist Xatirə Cabbarzadə “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin yarandığı 2008-ci ildən bu günədək gördüyü işlərin hələ 2003-cü ildən Tahir Xudiyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Əlillər Dünyası” qəzetinin gördüyü müsbət yönümlü işlərin davamı olduğunu söylədi.
İdarə Heyəti üzvü, Əməkdar jurnalist Zərnişan Azayeva BƏCİB-in öz fəaliyyəti ilə əhalinin həssas təbəsi sayılan müxtəlif kareqoriyalı əlilliyi olan şəxslərin, müharibə əlilləri və iştirakçılarının, şahid ailələri, məhbus əlillər və onların ailə üzvlərinin hüquqlarının Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan müdafiəsinə sosial sahədə daima ictimai dəstək göstərdiyindən danışdı.
Layihə rəhbəri Tahir Xudiyevin qeyd etdiyi kimi, müraciət edənlərin sosial problemlərinin həllinə dəstək göstərilməsi davam edir.