Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya səfər edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın "24 News" nəşri məlumat yayıb.
Məlumata görə, səfər iyunun 20-də baş tutacaq.
O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Məlumata görə, hər iki lider Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.
Paşinyan hökuməti səfərlə bağlı rəsmi açıqlama verməyib. /modern.az/