Ukrayna Müdafiə Qüvvələri rus işğalçıları Sumdan sıxışdırıb çıxarır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu gün baş komandan Sırski məlumat verib: Cəbhə, ilk növbədə Pokrovsk istiqaməti, Kursk əməliyyatı, Sum sərhəd bölgəsi... Sumdakı bölmələrimiz yavaş-yavaş işğalçıları geri itələyir. Hər bir əsgərimizə təşəkkür edirik", - Zelenski bildirib. /axar.az/