Ağ Ev: Rusiya-Ukrayna müharibəsi indi bitməlidir!


Ağ Evin sözçüsü Karoline Leavitt prezident Donald Trampın Rusiya və Ukraynanın eyni masa arxasında oturmasını istədiyini deyib və müharibənin indi bitməli olduğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, Ağ Evin çəmənində Rusiya-Ukrayna müharibəsi ilə bağlı mətbuat mənsublarının suallarını cavablandıran Leavitt İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı bu cür dəyərləndirmələr edib: "Prezident iki liderin və iki tərəfin bir masa arxasına oturmasını istəyir və biz prezident Trampın təkidi ilə bunu bu gün etdiklərini gördük. Amma prezidentin bu danışıqlarını və baş verənlərlə bağlı fikirlərini orada buraxacağam".

Ukraynanın Rusiyaya qarşı pilotsuz təyyarə hücumuna reaksiyası ilə bağlı suala Leavitt: "Bu müharibənin indi bitməsi lazımdır. Bu müharibə hər iki tərəf üçün amansız olub və çoxlu insan həyatını itirib. Prezident bu müharibənin danışıqlar masası arxasında bitməsini istəyir" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ