Atəşi dayandırmaq üçün Ukrayna “siyasi məhbuslar”a amnistiya elan etməli, həbsdə olan hərbçiləri və mülki şəxsləri azad etməlidir.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ukrayna böhranının həlli ilə bağlı TASS-a təqdim etdiyi təkliflərdə (memorandumda) deyilir.
“Siyasi məhbuslara” amnistiya aktının tətbiqi və həbsdə olan hərbçilərin və mülki şəxslərin azadlığa buraxılması”, - sənədin atəşkəs şərtlərinin sadalandığı ikinci bölməsində deyilir.
Aytən Yaşar/ Turkustan.az