İstanbul danışıqları uğursuz olsa, Ukraynanı bu ssenari gözləyir


İstanbulda uğursuz danışıqlar və cəbhədəki ağır vəziyyət Ukrayna hökumətinin süqutuna səbəb ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zei” qəzeti yazıb.

Nəşr bildirib ki, Ukraynada qlobal parçalanma baş verə bilər: “Əvvəla, cəbhədə - bəziləri Rusiyaya qarşı mübarizəni davam etdirəcək, bəziləri təslim olacaq, bəziləri isə əməkdaşlıqda xilas axtaracaq”.

Bundan əvvəl məlum olub ki, Kiyev Ukraynanın atəşkəslə bağlı memorandumunu Vladimir Medinskiyə təhvil verib və danışıqların yeni raunduna qədər Moskvadan sənədi təhvil verməsini tələb edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya danışıqların ikinci raundunu bazar ertəsi, iyunun 2-də İstanbulda keçirməyə hazır olduğunu açıqlayıb.

Hələlik bu təklifə Kiyevdən rəsmi reaksiya verilməyib, lakin əksər analitiklər ABŞ-ın təzyiqi ilə Ukraynanın danışıqlar masasına oturacağına inanırlar. /publika.az/


MANŞET XƏBƏRLƏRİ