Bu ölkə Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər


Böyük Britaniya Ukraynaya öz nüvə silahını inkişaf etdirməyə kömək etməlidir.

Turkustan.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun polkovniki Riçard Kemp Odessada Qara Dəniz Təhlükəsizliyi Forumunda deyib.

O, qeyd edib ki, bu ideya strateji tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilə bilər.

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski dəfələrlə Ukrayna üçün nüvə silahının tədarükü və ya hazırlanmasına çağırıb. Bununla belə, Ukrayna hökuməti Kiyevin atom bombası hazırlamaq fikrində olmadığına aydınlıq gətirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ