Rusiya prezidenti Putinin İstanbulda danışıqlar masasına qatılmaması və daha sonra ABŞ prezidenti Donald Trampla görüşündə atəşkəs şərtlərinin siyahısını təqdim etməməsi ABŞ və Rusiya arasında münasibətlərdə problemlər yaradıb.
Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyi üçün Trampın Putinə qarşı ritorikası daha da sərtləşdikcə, Kremldən gündəmə yeni açıqlamalar gəlib:
"ABŞ ilə təmaslarımızı davam etdirəcəyik. Trampın sülh üçün göstərdiyi səylərə görə minnətdarıq", - deyən Kreml liderlərin sammitinin danışıqlar zamanı deyil, danışıqların nəticəsi olaraq keçirilməli olduğunu bildirib.
Putin üçün Rusiyanın maraqlarının “vacib bir prioritet” olduğu vurğulanarkən bildirilib ki, növbəti danışıqların yeri hələ müəyyən olunmayıb, lakin yer hamı üçün uyğun olmalıdır.
Aytən Yaşar/ Turkustan.az