Protokol Xidmətinin rəhbəri səhv etdi - Paşinyan onu işdən qovdu


Ermənistanın Baş naziri Nikol Paşinyanın Dövlət Protokolu Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad etməsi hökumətdə təəccüb və müəyyən gərginlik yaradıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Ermənistanın paytaxtı İrəvana COP-17 iqlim konfransında iştirak etmək üçün gələn Qırğızıstan Prezidenti Sadır Japarovu təqdim edən Paşinyan mətbuat qarşısına çıxarkən onu bir neçə dəfə Qazaxıstan prezidenti adlandırıb.

Məlumata görə, baş nazirin çıxışının mətnində texniki səhv olub. Tədbirdən sonra baş verənlərdən narazılığını bildirən Paşinyan Dövlət Protokolu Xidmətinin rəhbəri Qaqik Vanoyanı işdən çıxarıb.

Nəşrin yazdığına görə, Paşinyan baş verənləri protokol xidmətinin rəhbərinin nöqsanı hesab edib və onun vəzifəsindən azad olunmasına qərar verib.

“Joğovurd”un mənbələri Vanoyanı fəal, köməksevər və işinə məsuliyyətlə yanaşan şəxs kimi xarakterizə ediblər. Onlar belə bir səhvə görə onun vəzifədən çıxarılması qərarının hamı üçün böyük gözlənilməzlik olduğunu bildiriblər.

Qeyd edək ki, Qaqik Vanoyan 2022-ci ilin dekabrından bu vəzifəni tuturdu. O, eyni zamanda Ermənistan Gimnastika Federasiyasının prezidentidir./modern.az


MANŞET XƏBƏRLƏRİ