ABŞ: Suriyaya qarşı sanksiyaların sürətlə qaldırılması üçün çalışırıq


ABŞ Dövlət Departamentinin sözçüsü Brü4s Suriyaya tətbiq edilən sanksiyalarla bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Brüs Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün intensiv şəkildə çalışdıqlarını ifadə edərək: "Konkret bir tarix vermədən deyə bilərəm ki, bu, öyrəşdiyimizdən daha tez və əlbəttə ki, daha sürətli ediləcək" deyib.

O, keçirdiyi mətbuat konfransında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi prosesi ilə bağlı qiymətləndirmələr aparıb.

Brüs ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıq mövqe nümayiş etdirdiyini ifadə edərək: " Açıq şəkildə prezident vaxtın çatdığına qərar verdi. Mən bilirəm ki, bu mövzuda dərhal işə başlayan və hazırda bunun üzərində çalışan bir komanda var"- deyə, bildirib.

Prezidentdən göstəriş gəlsə belə, bir ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının müəyyən vaxt tələb etdiyini vurğulayan Brüs bu prosesdə həm Xarici İşlər, həm də Xəzinə nazirliklərinin intensiv işlədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ