Almanın qabığında gizlənən möcüzəvi maddə: Alimlərdən yeni kəşf


ABŞ və Çindən olan alimlər almanın qabığında sinir sisteminin bərpasını sürətləndirə bilən təbii maddə aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, malol turşusu gələcəkdə dağınıq sklerozun müalicəsində perspektivli vasitəyə çevrilə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə beynəlxalq elmi nəşr məlumat yayıb.

Alimlər laboratoriya gəmiriciləri üzərində bir sıra təcrübələr apararaq alma qabığında olan malol turşusunun təsirini araşdırıblar.

Təcrübələr zamanı müəyyən edilib ki, bu maddənin təsiri altında siçanlarda neyronları əhatə edən zədələnmiş qoruyucu qişaların bərpası əhəmiyyətli dərəcədə sürətlənib. Bundan əlavə, təcrübədə iştirak edən gəmiricilərin immun hüceyrələri beyin toxumalarına daha az hücum etməyə başlayıb.

Almanın qabığında gizlənən möcüzəvi maddə: Alimlərdən yeni kəşf - foto 1
Molekulyar bioloq Abdolməhamad Cefferson bildirib ki, bu xüsusiyyətlərinə görə malol turşusu dağınıq sklerozun müalicəsi üçün perspektivli vasitə hesab edilə bilər.

Turşunun təsiri sinir sisteminin köməkçi hüceyrələri olan yeni oliqodendrositlərin yaranmasını stimullaşdırmaq qabiliyyəti ilə əlaqələndirilir. Dağınıq skleroz zamanı ilk növbədə zədələnən hüceyrələr də məhz bunlardır.

Qeyd edək ki, malol turşusu ilk dəfə təxminən 100 il əvvəl alma qabığından əldə edilib.

Uzun müddət bu birləşmədən əsasən kosmetika sənayesində istifadə olunub. Lakin müasir bioloji tədqiqatlar onun yeni tətbiq imkanlarını üzə çıxarır. Əvvəlki araşdırmalarda malol turşusunun əzələ kütləsinin artımını sürətləndirdiyi və bəzi bədxassəli hüceyrələrin inkişafına mane ola bildiyi də müəyyən edilib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ