Bunu etsək, Moskvanın tələsinə düşəcəyik - Kallas


Rusiyanın Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrə çağırışları atəşkəs ehtiyacından diqqəti yayındırmaq riski daşıyır.

Turkustan.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib.

“Ukraynada atəşkəs əldə olunmadan Rusiyanın Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı tələblərini müzakirə etmək Moskvanın qurduğu tələyə düşmək deməkdir. İlk növbədə döyüşlər dayandırılmalı, daha sonra sülh sazişi müzakirə edilməli və yalnız bundan sonra Avropanın təhlükəsizlik sisteminə dair danışıqlara baxıla bilər”, - Kallas vurğulayıb.

Qeyd edək ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqları çərçivəsində Avropanın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq təşəbbüsünü irəli sürmüşdü. /axar.az/


MANŞET XƏBƏRLƏRİ