Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo Qəzza zolağında baş verən hadisələrdən dərin kədərləndiyini və dərhal atəşkəs əldə olunmasını istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, mayın 8-də Vatikanda keçirilən papa seçkisində (Konklav) katoliklərin yeni papası Papa XIV Leo ilk bazar namazını Müqəddəs Pyotr Bazilikasının böyük sarayında qılıb.
Namazdan sonra çıxış edən Papa beynəlxalq hadisələrlə bağlı mesajlar verib.
Papa XIV Leo İkinci Dünya Müharibəsinin 80 il əvvəl bu dövrdə başa çatdığını xatırladaraq: "Bu müharibə 60 milyon insanın həyatına son qoydu. Papa Fransisin də dəfələrlə qeyd etdiyi kimi, bu gün biz hissə-hissə aparılan Üçüncü Dünya Müharibəsinin dramatik tamaşası ilə qarşılaşırıq" deyib.
Dünya liderlərinə müraciət edən Papa: "Yer üzünün böyüklərinə müraciət edirəm. Hələ də qüvvədə olan bu çağırışı təkrarlayıram: Qoy bir daha müharibə olmasın.
Mən Ukrayna xalqının ağrısını ürəyimdə daşıyıram. Qoy mümkün qədər tez həqiqi, ədalətli və davamlı sülhə nail olmaq üçün hər şey edilsin. Qoy bütün məhbuslar azad edilsin və uşaqlar öz ailələrinə qayıda bilsinlər.
Qəzza zolağında baş verənlərdən dərin təəssüf hissi keçirirəm. Dərhal atəşkəs olsun, yorğun mülki əhaliyə humanitar yardım edilsin və bütün girovlar azad edilsin" deyib.
Pakistan və Hindistan arasında atəşkəs haqqında danışan Papa: "Hindistan və Pakistan arasında atəşkəs xəbərini məmnuniyyətlə qarşıladım. Ümid edirəm ki, qarşıdakı danışıqlar vasitəsilə ən qısa zamanda daimi razılıq əldə olunacaq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az