İsrail aviasiyası sabaha yaxın Suriyanın Laziqiyyə vilayətində hərbi obyektlərə zərbələr endirib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail təyyarələri Cəbəl əl-Şaara ərazisini atəşə tutub.
Suriyanın “əl-Vatan” qəzetinin xəbərinə görə, İsrail son bir neçə saat ərzində ölkənin bir sıra vilayətlərində hədəflərə 18 hava hücumu həyata keçirib. Hücimlar nəticəsində 12 nəfərin həyatını itirdiyi bildirilir.
Hücumlar zamanı paytaxt Dəməşqin ətrafındakı bəzi ərazilər, Suriyanın mərkəzindəki Həma əyalətində və cənubundakı Dəra əyalətindəki mövqelər hədəf alınıb (APA).