Mayın 3-nə planlaşdırılan İran-ABŞ nüvə danışıqları təxirə salındı


Omanın vasitəçiliyi ilə mayın 3-də İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında keçiriləcək nüvə danışıqlarının dördüncü mərhələsinin təxirə salındığı açıqlanıb.

Turkustan.az xəbər verir ki, danışıqlarda vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi X sosial media hesabından verdiyi açıqlamada təxirə salınma qərarının “logistik səbəblərə” görə verildiyini bildirib.

"Biz mayın 3-ü şənbə günü planlaşdırılan ABŞ-İran görüşünü logistik səbəblərə görə dəyişdiririk. Yeni tarix tərəflər arasında razılıq əldə edildikdən sonra elan ediləcək", - Busaidi bildirib.

İran nüvə müzakirələrinin təxirə salınması qərarının Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin təklifi ilə verildiyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi mayın 3-də Romada keçiriləcək İran-ABŞ danışıqlarının təxirə salınması ilə bağlı açıqlama verib.

Bekayi danışıqların təxirə salınması qərarının Omanın xarici işlər naziri Busaidinin təklifi əsasında alındığını və yeni tarixin daha sonra açıqlanacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ