Suriya rəhbərliyi paytaxt Dəməşqin cənubundakı Ceramane məhəlləsində bəzi druz silahlı qruplarının başlatdığı və Səhnəyə rayonuna sıçrayan qarşıdurmaların ardınca bölgəyə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Dəməşq Kənd Dairəsinin qubernatoru Əmir əl-Şeyx paytaxt Dəməşqdə keçirdiyi mətbuat konfransında Səhnaya nəzarəti ələ keçirdiklərini bildirib.
Suriyanın paytaxtı Dəməşqin cənubundakı Sahnaya rayonunda Suriya hökumətinin təhlükəsizlik qüvvələri ilə silahlı druz qrupları arasında qarşıdurma baş verib.
Dəməşqin mərkəzindən təxminən 12 kilometr aralıda yerləşən Sahnayada druz qrupları təhlükəsizlik qüvvələrinə ağır silahlardan atəş açıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, qarşıdurmada 11 nəfər həyatını itirib.
Suriyanın paytaxtı Dəməşqin cənubundakı Caramane məhəlləsində Suriya hökumətinin təhlükəsizlik qüvvələri ilə druz icmasına bağlı silahlı qruplar arasında baş verən qarşıdurmada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az