“İsrail Suriyada druz icmasına qarşı hücumlara icazə verməyəcək”.
Turkustan.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, İsrail Suriyadakı radikal qruplaşmalara druz icmasını hədəf almamaq barədə xəbərdarlıq edib və qabaqlayıcı zərbə endirib.
“Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın əmri ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Suriyanın Damasn əyalətində yerləşən Druzilərə hücuma hazırlaşan ekstremist qruplaşmanın hücrəsinə qabaqlayıcı zərbə endirmək əmri verib”.
Baş nazirin ofisi Suriya hakimiyyətinə sərt xəbərdarlıq göndərib və bildirib ki, Dürzilərə qarşı hücumların qarşısını almaq üçün birbaşa Dəməşq məsuliyyət daşıyır.
“İsrail druz icmasını qorumaq və onların Suriyadakı qan qardaşlarını dəstəkləmək öhdəliyini vurğulayır. Bu səbəbdən onlara qarşı hücumlara dözməyəcək”, – İsrailin baş nazirinin dəftərxanası vurğulayıb. /konkret.az/