Polşada silahlı hücum: Ölən və yaralananlar var


Polşanın Krakov şəhərində baş verən silahlı hücum nəticəsində 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.

Turkustan.az xəbər verir ki, Polşa mətbuatının məlumatına görə, hadisə yerli vaxtla saat 15:00 radələrində şəhərin mərkəzindəki Əsas Meydanda qeydə alınıb. Hücumçu avtomobilini izdihamın üzərinə sürərək ətrafdakılara atəş açmağa başlayıb.

Hadisə yerinə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım bridadaları, həmçinin xilasedici helikopter cəlb olunub.

Kiçik Polşa (Małopolska) Polis İdarəsinin "X" sosial şəbəkəsində verdiyi açıqlamada hücumçunun polis tərəfindən vurularaq zərərsizləşdirildiyi və xəstəxanaya çatdırıldığı bildirilib. Ərazidə əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ