Futbol üzrə Dünya Çempionatı-2026-da qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən bəzi oyunların nəticələri “pley-off”a çıxan komandaların sayını artırıb.
Turkustan.az xəbər verir ki, A, B və C qruplarında qrup mərhələsinin oyunları başa çatıb. Nəticədə “pley-off”da oynayacaq 32 komandadan 13-ü müəyyənləşib.
Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və Cənubi Afrika öz qruplarında birinci və ikinci yeri tutaraq “pley-off”a vəsiqə qazanıb. Bosniya və Herseqovina qrupda üçüncü yeri tutsa da, xallarının sayına görə “pley-off”a yüksəlib.
Qeyd edək ki, pley-offda qarşılaşacaq ilk cütlük də məlumdur: Cənubi Afrika Respublikası - Kanada. 1/16 final mərhələsinin bu qarşılaşması iyunun 28-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. /Modern.az/