DÇ-də skandal səhv: Türkiyənin matçı bu kadra görə təkrarlanır? – VİDEO


2026-cı il Dünya Çempionatı çərçivəsində Paraqvay və Türkiyə yığmaları arasında keçirilən görüşdə maraqlı hadisə yaşanıb.

Turkustan.az xəbər verir ki, matçın taleyini həll edən qələbə qolunun müəllifi olan paraqvaylı yarımmüdafiəçi Matias Qalarza qeyri-adi hərəkəti ilə diqqət çəkib.

Belə ki, meydanda yaşanan mübahisə zamanı baş hakim İvan Barton qol saatını itirib. Saatı yerdən götürən Qalarza onu bir müddət biləyinə taxaraq istifadə edib. Futbolçu daha sonra saatı sahibinə – baş hakimə geri qaytarıb.

Hadisə qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəzi ekspertlər saat skandalının oyunun təkrarlanmasına səbəb ola biləcəyini desələr də, bununla bağlı hər hansı addım atılmayıb.

Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ