Ukrayna ilə Rusiya arasındakı müharibə dönüş nöqtəsinə çatıb və hazırda Ukrayna müharibədə üstünlük qazanan tərəfdir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin xarici yardım, humanitar məsələlər və dini etiqad azadlığı üzrə müavini Ceremi Levin bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibənin yeni mərhələsini möhkəmləndirmək və nəticədə qələbə qazanmaq üçün çox iş görür. Levin hesab edir ki, artıq vəziyyəti dəyişmək mümkün olub:
“Hazırda elə bir vəziyyətdəyik ki, Ukrayna müharibədə qalib gəlir”. /axar.az/