Bu gün “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Ana və Uşaq Sağlamlığının qorunması” adlı layihsi çərçivəsində planlaşdırılan növbəti tədbirlər Biləsuvar və Cəlilabad şəhərlərində keçirildi.
Bu barədə Turkustan.az-a “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki tədbirlərdə olduğu kimi bu tədbirlərdə də hər iki rayonun müxtəlif təşkilat və qurumlarında çalışan, habelə evdar xanımlarından 20-dən çoxtəmsilçi iştirak edirdi.
Bugünkü ilk seminar Biləsuvar rayonunda baş tutdu. Tədbiri giriş sözü ilə “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin sədri Həqiqət Məmmədova açdı. Xanım Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin təşkilə verdiklri dəstəyə görəilk növbədə Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin yerli hakimiyyət təmsilçilərinə öz təşəkkürünü bildirdi. Daha sonra təşkilat sədri layihənin məqsəd və vəzifələri, hədəf qurupları, habelə həyata keçiriləcək və görüləcək işlərlə bağlıseminar iştirakçılarını məlumatlandırdı. Sonra layihə eksperti İlham Hüseynli Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihənin xüsusi əhəmiyyətindən, mövzunun cəmiyyətimiz üçün, xüsusilə ana və uşaqlar üçün önəmindən danışdı.
Ekspert sonra Ana və Uşaq Sağlamlığının qorunması sahəsindəki həm yerli, həm də Beynəlxalq qanunvericilik bazası, hökumətin bu sahədəki qəbul etdiyi qərarlar və qanunvericilik aktları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonda mövzu ətrafında müzakirələr açıldı və iştirakçı xanımların çoxsaylı suallarını cavablandırıldı.
Günün ikinci yarısında “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin “Ana və Uşaq Sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti tədbir Cəlilabad şəhərində keçirildi. Tədbirin Cəlilabaddakı Tibb kollecində keçirilməsi isə layihənin məram və məqsədləri baxımdan olduqca maraqlı oldu. Yüksək fəallıqla keçən tədbirdə də olduqca maraqla çıxışlar, müzakirə və debatlar oldu. Əvvəlki tədbirlərdə olduğu kimi bu tədbirdə də Təşkilatın sədri Həqiqət Məmmədova layihə qarşısında duran məqsəd və hədəflər haqqında danışandan sonra sözü layihə ekspertinə verdi. Ekspert İham Hüseynli ana və uşaq sağlamlığının qorunması istiqamətindəki mövcud qanunvericilik bazası, habelə bu sahədə hökumətin gördüyü və görməli olduğu işlərdən, o cümlədən vətəndaşların görməli olduğu fəliyyətlərdən danışdı.
Sonda Təşkilat rəhbəri və layihə eksperti tədbir iştirakçılarının suallarını cavablandırdı və toplantının işindəki fəallıq və təşkilindəki dəstəyə görə Cəlilabad Tibb Kollecinin rəhbərliyinə, o cümlədən xanım tələbələr və yerli səhiyyə təşkilat təmsilçilərinə xüsusi təşəkkürlərini bildirdilər.





