ABŞ İrana qarşı əməliyyatlar üçün 87,6 milyard dollar tələb etdi


Ağ Evin İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Rassel Vout ABŞ Konqresindən əlavə 87,6 milyard dollar vəsait ayrılmasını istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə o, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Consona ünvanladığı məktubda məlumat verib.

Məktubda qeyd olunur ki, Prezident Donald Trampın adından təqdim edilən maliyyə sorğusunun böyük hissəsi "Epik Qəzəb Əməliyyatı" ilə bağlı yaranmış təcili ehtiyacların qarşılanmasına yönəldiləcək.

Rassel Vout bildirib ki, ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və ölkənin regionda hərbi təsir imkanlarını zəiflətmək məqsədilə uğurlu əməliyyat həyata keçirib. Onun sözlərinə görə, tələb olunan əlavə maliyyə vəsaiti əsasən ABŞ Müdafiə Nazirliyinin həmin əməliyyat zamanı çəkdiyi xərclərin ödənilməsinə sərf olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ