İspaniyada bir ilk: Sançezin həyat yoldaşının pasportu müsadirə edildi


İspaniyada Baş nazir Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin pasportu ölkədən qaçmağa cəhd etməkdə şübhəli bilinərək müsadirə edilib.

Turkustan.az xəbər verir ki, Beqona Qomezə qarşı "nüfuzdan sui-istifadə", "biznes korrupsiyası", "mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları üzrə araşdırma aparılır. İstintaq çərçivəsində hakim Xuan Karlos Peinadonun qərarı ilə onun pasportu ehtiyat tədbiri kimi məhkəməyə təhvil verilib.

Məlumata görə, Beqona Qomez pasportunu təqdim etmək üçün Madrid məhkəməsinə gəlib və binada cəmi 17 dəqiqə qalıb. Təhlükəsizlik tədbirləri səbəbindən o, məhkəmə binasına avtomobili ilə yeraltı dayanacaq vasitəsilə daxil olub və eyni qaydada ərazini tərk edib.

Bu qərar İspaniyada geniş ictimai marağa səbəb olub. Yerli KİV-lərin məlumatına görə, ölkə tarixində ilk dəfədir ki, fəaliyyət göstərən baş nazirin həyat yoldaşı barədə belə bir məhkəmə tədbiri tətbiq olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ