Dünya Çempionatında bu gün hansı oyunlar var? - TƏQVİM


Futbol üzrə 2026-cı il Dünya Çempionatı davam edir.

Turkustan.az xəbər verir ki, bu gün axşam saat 21:00-da F qrupunda Niderland İsveçlə qarşılaşacaq.

Bu qrupda Tunislə Yaponiya arasındakı görüş sabah səhər saat 08:00-da start götürəcək.

E qrupunda Almaniya - Kot-d`İvuar matçı saat 00:00-da başlayacaq.

Bu qrupda Ekvador - Kurasao oyunu gecə saat 04:00-də start götürəcək.

Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunub. /modern.az/


MANŞET XƏBƏRLƏRİ