Rusiya Türkiyə və Ermənistan barədə qərarını verdi


Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, həm Rusiya, həm də Türkiyə regionda sabit, təhlükəsiz və proqnozlaşdırılan mühitin formalaşmasında maraqlıdır.

Rusiya XİN-in fikrincə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın təmin edilməsi üçün ən uyğun mexanizmlərdən biri “3+3” regional əməkdaşlıq platformasıdır.

Qurum vurğulayıb ki, region ölkələrinin birgə səyləri nəticəsində Cənubi Qafqazda daha sabit və konstruktiv əməkdaşlıq mühiti formalaşdırmaq mümkündür. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ