Avropanı sarsıdan cinayət şəbəkəsi üzə çıxdı - Almaniyada dəhşətli partlayış


"Bild" nəşrinin yaydığı məlumata görə, Amsterdamın Osdorp rayonundakı yaşayış kompleksində gecə saatlarında dəhşətli və güclü partlayış baş verib.

Turkustan.az xəbər verir ki, hadisə barədə yanğınsöndürmə xidmətinə məlumat cümə gününə keçən gecə daxil olub. Güclü partlayış dalğasının təsirindən yaşayış kompleksinə aid olan yardımçı təsərrüfat tikilisi tamamilə yerlə-yeksan olub. Polisin verdiyi rəsmi məlumata görə, qorxulu hadisə nəticəsində 7 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti olduqca ağırdır. Təhlükəsizlik mülahizələrinə görə, 400-dən çox sakin dərhal öz evlərini tərk etmək məcburiyyətində qalıb və ərazidən təxliyə edilib.

Rəsmi qurumlar partlayışın dəqiq səbəbini hələlik açıqlamasa da, Niderland mətbuatında şok iddialar yer alıb. Yayılan məlumatlara görə, hadisəyə zirzəmidə Almaniyadakı bankomatları partlatmaq üçün əldəqayırma partlayıcı qurğular hazırlayan cinayətkar qruplaşma səbəb olub. Artıq hadisə ilə bağlı 3 nəfərin saxlanıldığı və cinayətkarlara məxsus 2 avtomobilin müsadirə edildiyi bildirilir.

Almaniya Federal Cinayət Polisi İdarəsinin son rəsmi hesabatına görə, ölkə ərazisində bankomatların partladılması ilə bağlı 269 cinayət faktı qeydə alınıb və cinayətkarlar bu yolla 13 milyon avrodan çox vəsait oğurlayıblar. Hesabatda xüsusi olaraq qeyd olunur ki, Almaniyanın Niderlandla həmsərhəd olan bölgələri bu cinayətlərdən daha çox zərər çəkir. Müstəntiqlər bunu sözügedən cinayətləri törətmək üçün Almaniyaya məhz Niderlanddan xüsusi ixtisaslaşmış cinayətkar qruplaşmaların gəlməsi ilə izah edirlər. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ