Avropa panikada: 90-ların qorxusu geri qayıdır – Xəbərdarlıq


“Kiyev üçün bir dənə də olsun silah, avro olmamalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippot deyib.

O, Qərb ölkələrinin Ukraynaya hərbi yardımını dayandırmağa səsləyib.

Filippot bu çağırışını Almaniyanın “Berliner Zeitung” qəzetində yayılan və Qərb silahlarının Avropadakı qara bazarlara düşməsi ilə bağlı iddialarla əlaqələndirib.

Qəzetin yazdığına görə, Ukraynaya göndərilən silahların bir hissəsinin cinayətkar şəbəkələrin əlinə keçdiyi ehtimal olunur.

Məqalədə həmçinin qeyd olunur ki, kəşfiyyat qurumları 1990-cı illərdə Balkan münaqişələrindən sonra olduğu kimi Avropada yenidən silahların qeyri-qanuni dövriyyəsinin artmasından narahatdır.

İddialara görə, 2022-ci ildən Ukrayna dünyanın ən böyük silah idxalçılarından birinə çevrilib və ABŞ Kiyevə milyardlarla dollarlıq hərbi yardım göstərib.

Lakin Vaşinqton bəzi silahların sonrakı hərəkətinə tam nəzarətin çətin olduğunu etiraf edir.

Filippot Avropa liderlərini susqunluqda ittiham edərək, onların münaqişə ilə bağlı tənqidlərə məhdudiyyətlər səbəbilə açıq danışmadığını bildirib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ