Rusiyanın Mavrikidəki səfiri, keçmiş aparıcı İradə Zeynalova hazırkı işi barədə danışıb.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, səfir vəzifəsində çalışmağın inanılmaz dərəcədə çətin olduğunu deyib.
Diplomat daim müxtəlif çətinliklərlə üzləşdiyini vurğulayıb:
“Həyatımda heç vaxt bu qədər uzun, bu qədər ağır və davamlı olaraq, bir dəfə də olsun nəfəs almadan işləməmişəm”.
Qeyd edək ki, İ.Zeynalova 2024-cü ilin sentyabr ayında Mavriki Respublikasına səfir təyin edilib. Bu fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
Onun atası Zeynalov Aftandil İsabalı oğlu azərbaycanlıdır, anası Qalina Alekseyevna isə milliyətcə rusdur.