AZAL-dan təcili qərar: Bu istiqamətdə bütün reyslər ləğv edildi


Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ