"Qarabağ"ın pley-off mərhələsində POTENSİAL RƏQİBLƏRİ - ADLAR


UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu həftə yekun vurulur.

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmə şansı yüksəkdir.

UEFA-nın qaydalarına əsasən, Liqa mərhələsində 9-10-cu yerdə qərarlaşan komandalar 23-24-cü yerlərdəki klublarla, 11-12-cilər 21-22-cilərlə, 13-14-cülər 19-20-cilərlə, 15-16-cılar isə 17-18-cilərlə qarşılaşacaqlar.

Hazırkı vəziyyətdə 18-ci yerdə qərarlaşan "Qarabağ" Liqa mərhələsini bu sırada başa vursa, 15 və ya 16-cı yerdə qərarlaşan "Yuventus" və ya "Borussiya Dortmund" ilə qarşılaşa bilər. Bu cütlərin qalibi isə 1/8 finalda ən güclülərlə, "Arsenal" (1-ci yer) və ya "Bavariya" (2-ci yer) ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab oyunları isə 24-25-də keçiriləcək./oxu.az

Qarabağın pley-off mərhələsində POTENSİAL RƏQİBLƏRİ - ADLAR


MANŞET XƏBƏRLƏRİ