“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Turkustan.az Futbolpress.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyada “Şelburn”un qonağı olacaq. “Tolka Park” arenada baş tutacaq görüşə saat 22:45-də start veriləcək.
Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda olacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
22:45 Şelburn (İrlandiya) – Qarabağ