Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxardı


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.

Turkustan.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Z.Mikayılovun özünə təyin etdiyi müşaviri, qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyev də təyinatı müvəqqəti olaraq dayandırılıb.

Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlanılsa da, telefon zənglərinə cavab verən olmayıb.


MANŞET XƏBƏRLƏRİ