Ən çox hansı ölkənin vətəndaşları Azərbaycandan daşınmaz əmlak alıb? – Siyahı


Bu il Azərbaycanda daşınmaz əmlak alan əcnəbilərin sayı açıqlanıb.

Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 824 əcnəbi Azərbaycanda daşınmaz əmlak əldə edib.

Bunlar əsasən Rusiya (588), Gürcüstan (80), Türkiyə (51), İran (17), Qazaxıstan (14), Almaniya (12) və digər ölkə vətəndaşlarıdır.

Əcnəbilərin əldə etdikləri daşınmaz əmlakın ölkələr üzrə sayı:

Rusiya – 588

Gürcüstan – 80

Türkiyə – 51

İran – 17

Qazaxıstan – 14

Almaniya – 12

Albaniya – 8

İsrail – 7

ABŞ – 6

Pakistan – 6

İraq – 5

Ukrayna – 5

Belarus – 4

Özbəkistan – 3

Avstriya – 2

Böyük Britaniya – 2

Çin – 2

Estoniya – 2

Fransa – 2

Niderland – 2

Çexiya – 1

Əfqanıstan – 1

İsveç – 1

Kanada – 1

Norveç – 1

Qırğızıstan – 1.

/bizim.media


MANŞET XƏBƏRLƏRİ