ABŞ-da aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasında qələbə qazanmasından sonra prezident Donald Tramp və Respublikaçılar Partiyası üçün yeni siyasi çətinliklər yaranıb.
Turkustan.az xəbər verir ki, Trampın ilk ciddi sınaqlarından birinin İran müharibəsinə görə aylardır tənqid olunan müdafiə naziri Pit Heqsetin vəzifədən uzaqlaşdırılması ilə bağlı müzakirələr olacağı gözlənilir.
Aralıq seçkilərdə qələbə qazanan Demokratların Heqsetə qarşı Konqres vasitəsilə impiçment prosesinə başlamaq niyyətində olduğu bildirilir.
ABŞ-İran müharibəsinin əsas təşəbbüskarlarından biri hesab edilən Heqsetin vəzifədən kənarlaşdırılması məsələsinin Konqresdə müzakirəyə çıxarılması gözlənilir.
Bu arada, Tramp administrasiyası yeni siyasi mərhələdə icra hakimiyyətinin səlahiyyətlərindən daha geniş istifadə etmək niyyətində olduğuna dair açıq mesaj verib.
Ağ Evin bu mövqeyi Trampın sərt siyasətinin əsas müəlliflərindən biri olan Stiven Millerin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin edilməsi ilə özünü göstərib.
Aytən Yaşar/Turkustan.az