“Tramp marşrutu”nda yeni gediş: İrəvan detalları açıqladı


İran "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı narahatlıq keçirmir.

Turkustan.az xəbər verir ki, bu barədə noyabrın 9-da Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri iranlı həmkarları ilə dəfələrlə qarşılıqlı etimad şəraitində müzakirələr aparıblar. Nazir əlavə edib ki, layihənin maliyyələşdirilməsi TRIPP layihəsini hazırlayan şirkətin vəsaiti hesabına həyata keçirilə bilər.

Xudatyan yaxın vaxtlarda TRIPP layihəsi çərçivəsində infrastruktur materiallarının satın alınması ilə bağlı ətraflı məlumat təqdim edəcəyinə söz verib. O, bəzi infrastruktur layihələri üzrə satınalma prosesinə artıq start verildiyini də qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ