Fotoda gördüyünüz Xətainin heykəlidir. 2-ci və əsas da 3-cü fotolara diqqət yetirin. Heykəlin kartuş (və ya lövhə) hissəsində (üzərində "Şah İsmayıl" yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə "Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" yazılıb. Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur. Dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı?
Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Sənan Nəcəfov paylaşım edib.
“İkincisi, abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?
Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.
Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir”, - o əlavə edib./axar.az