İran: ABŞ-dan cavab gözləyirik


İranın xarici işlər naziri Abbas Əraqçi Qətər vasitəçiliyi ilə ABŞ-a təqdim etdikləri təkliflərə Vaşinqtondan cavab gözlədiklərini bildirib.

Turkustan.az xəbər verir ki,o, nüvə məsələsində heç bir güzəştə getmədiklərini və hazırkı danışıqların yalnız Hörmüz boğazı ilə bağlı olduğunu qeyd edib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əraqçi Nyu-Yorkda jurnalistlərə açıqlamasında ABŞ ilə vasitəçilər üzərindən davam edən mesaj mübadiləsindən danışıb.

Əraqçi bildirib ki, dünən vasitəçi qismində çıxış edən Qətər rəsmiləri ilə görüşərək İranın şərtlərinin yerinə yetirilməsi məsələsini müzakirə ediblər. O, hazırda ABŞ-dan yekun cavab gözlədiklərini deyib.

“Qətər bu ideyaları ABŞ-a təqdim edəcək və sabah cavab gözləyirik. Mən tezliklə Tehrana qayıdıram. Cavab alındıqdan sonra qərarlar Tehranda veriləcək”, – deyə, Əraqçi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ