Aqil Məmmədov Kəlbəcərdə sakinlərlə görüşüb - FOTOLAR


Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov sakinlərlə görüşüb.
Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev və rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov sakinlərlə görüş zamanı onların gündəlik həyatları ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını sakinlərin diqqətə çatdırıblar.
Daha sonra görüş çərçivəsində Vətən mühribəsi qəhramanı şəhid Anar Əliyevin ailəsi ziyarət edilib. Şəhidimizin əziz xatirəsi yad edilərək ailə üzvləri ilə söhbətlər aparılıb.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bunu deyən yazı "म အ QAPINI" şəkili ola bilər

Bir Oval kabinet şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ