Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur - ADLAR


Bakı Apellyasiya Məhkəməsinə 7 yeni hakim təyin olunur.

Turkustan.az xəbər verir ki, məsələ Milli Məclisin 26 mayda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Prezident İlham Əliyevin təqdimatına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Aytən Heydər qızı Əliyeva, Telman Qulaməli oğlu Hüseynov və Elnur Aləm oğlu Nuriyev, Şəki İnzibati Məhkəməsinin hakimi Fərid Sabir oğlu İsmayılzadə, Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Uğur oğlu Abdullayev, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Mirpaşa oğlu Hüseynov və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunur.

Qərar layihəsinə əsasən, Vahid Nəriman oğlu Sadıqovun isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması nəzərdə tutulur.

Sənəddə qeyd olunub ki, qərar imzalandığı gündən qüvvəyə minəcək./modern.az


MANŞET XƏBƏRLƏRİ