Bakı–Dubay reysləri bu gündən bərpa olunur


Azərbaycan Hava Yolları (AZAL) bu gündən Dubay istiqamətində reysləri bərpa edir.

Turkustan.az bu barədə AZAL-ın sosial şəbəkəsində yaydığı məlumata isitinadən xəbər verir.

Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.


MANŞET XƏBƏRLƏRİ