SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naftalan şəhərində baş tutub.
Birlik rəhbəri qəbula üz tutan 33 nəfər vətəndaşın qaz təchizatı ilə yanaşı, digər problem və təkliflərini də dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.


