Yaxın Şərqdə gərginlik artmaqda davam edir. ABŞ və İsrailin İrana hücumları, Tehranın isə sərt cavab tədbirləri bölgədə münaqişə riskini genişləndirib.
Turkustan.az xəbər verir ki, son hadisələr fonunda Qətər İran istiqamətindən gələn hava hədəflərini vurduğunu bəyan edib.
Qətər Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, yüksək hazırlıq səviyyəsi və qurumlararası koordinasiya nəticəsində Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri İran istiqamətindən gələn iki ədəd Su-24 qırıcı təyyarəsini məhv edib.
Nazirliyin məlumatına görə, eyni zamanda ölkənin müxtəlif bölgələrini hədəf alan yeddi ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla ələ keçirilib. Bundan əlavə, beş pilotsuz uçuş aparatı (PUA) Qətər Əmirliyinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Rəsmi açıqlamada qeyd olunub ki, insident nəticəsində təhlükəsizlik strukturları tam hazırlıq vəziyyətində fəaliyyət göstərir və vəziyyət nəzarət altındadır.
Aytən Yaşar/ Turkustan.az