Tramp: Biz hələ hücuma keçməmişik, böyük dalğa tezliklə gələcək


ABŞ prezidenti Donald Trump ABŞ ordusunun İranı “məhv etdiyini” iddia edərək, İrana qarşı “böyük hücum dalğasının” hələ qarşıda olduğunu bildirib.

Turkustan.az xəbə verir ki, CNN-ə telefon müsahibəsində Tramp həftəsonu Yaxın Şərqdə İsrail və İrana qarşı başladılan hərbi əməliyyatlarla bağlı son vəziyyəti şərh edib.

ABŞ ordusunun İranı “məhv etdiyini” iddia edən Tramp deyib: “Düşünürəm ki, hər şey çox yaxşı gedir. Çox güclüyük. Dünyanın ən böyük ordusuna sahibik və ondan istifadə edirik.”

İrana hücumların nə qədər davam edə biləcəyi ilə bağlı suala cavabında Tramp bildirib: “İstəmirəm ki, bu, çox davam etsin.” O əlavə edib ki, hücumların “böyük dalğası” hələ başlamayıb.

ABŞ-ın “İran xalqının rejimdən ölkənin nəzarətini almasına kömək etmək üçün hərbi əməliyyatlardan başqa hansı addımlar atdığı” sualına cavab verən Tramp deyib:

“Bəli, biz bunu edirik. Amma hazırda hamının evdə qalmasını istəyirik. Çöldə təhlükəsiz deyil. Biz hələ (İranda) onlara güclü zərbə endirməyə başlamamışıq. Böyük dalğa hələ gəlməyib. Böyük dalğa tezliklə gələcək.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ