Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı dörd dəfə artıb.
Turkustan.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 2025-ci ilin üçüncü rübündə ölkədaxili bank kartı fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon manatdan çox olub ki, bu da əvvəlki rüblə müqayisədə 3.4 dəfə çoxdur. Ölkəxarici əməliyyatlarda isə bu göstərici 28.4% azalaraq 308 min 668 manata düşüb.
Ekspert Rəşad Həsənovun sözlərinə görə, xəbərdarlıq və maarifləndirmə işlərinə baxmayaraq hələ də şəxsi bank məlumatlarını paylaşanlar, qeyri rəsmi linklərə daxil olub, kart məlumatlarını ötürən şəxslər az deyil.
Onun sözlərinə görə, müxtəlif reklam və alış-veriş saytlarında da bank məlumatlarının saxlanılması kiberdələduzlar üçün real imkan yaradır. Xüsusilə kartdan vəsaitin çıxarılması zamanı 3D təhlüksizlik mexanizmin tətbiqi belə halların baş verməməsinə yardımçı olur. Hüquq-mühafizə orqanları da vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir.
Turkustan.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.