SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Naftalan şəhərində vətəndaş qəbulu 11 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Naftalan şəhərindən, Goranboy və Xocalı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-77-79) müraciət edə bilərlər.