Sabahdan istilik mövsümü başlayır: Minlərlə bina, yüzlərlə məktəb və xəstəxana


Ölkədə istilik mövsümü bu il də noyabrın 15-dən başlayacaq.

Həmin gündən paytaxtdakı yaşayış binaları, sosial obyektlər və dövlət müəssisələri istiliklə təmin ediləcək. Hazırda istiliyin verilməsi ilə bağlı hazırlıq işlərini davam etdirilir. Cəmiyyətin maraqlandıran məsələlərdən biri də bu işlərin hansı mərhələdə olması və noyabrın 15-dən sonra ümumilikdə neçə məntəqəyə istilik veriləcəyi ilə bağlıdır.

Bəs hazırda hazırlıq işləri hansı mərhələdədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, istilik sistemlərinin sazlanması və sınaq işləri yekunlaşmaq üzrədir:

“Noyabrın 15-dən ölkə üzrə istilik mövsümü başlayır. Hazırda istilik sistemlərinin sazlanması və sınaq işləri yekunlaşmaq üzrədir. Bu il ölkədə təxminən 3800 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti və 2500 sosial-təsərrüfat təyinatlı bina istiliklə təmin ediləcək.

İstilik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyəti üçün "Azəristiliktəchizat" ASC tərəfindən avadanlıqların texniki baxışı, nasos və qazanxana avadanlıqlarının sınaqdan keçirilməsi həyata keçirilib".


MANŞET XƏBƏRLƏRİ