DİN Sumqayıtda tapılan azyaşlının valideynlərini axtarır - FOTO


Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.


MANŞET XƏBƏRLƏRİ