Hazırda Bakıda Mərkəzi Parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.
Turkustan.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.
Ramiz İdrisoğlunun sözlərinə görə, park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur.
O bildirib ki, həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur.
“Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur”, - Komitə rəsmisi vurğulayıb./axar.az